Ukrayna millisinin sabiq baş məşqçisi Andrey Şevçenko Türkiyə yığmasını çalışdıra bilər.

Rekord.az "Kicker"ə istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis "ay-ulduzlular" üçün əsas namizədlərdən biridir. Şevçenko Ukrayna mətbuatına açıqlamasında Türkiyə Futbol Federasiyası ilə razılığa gəlməsi haqqında danışmağın tez olduğunu bildirib.

Xatırladaq ki, 5 il Ukrayan millisini çalışdıran Şevçenko bu yay yığmadan ayrılıb.