"Sevilya" baş məşqçisiz qaldı
- 09 Okt 2023 17:50
- 413
İspaniyanın "Sevilya" klubu baş məşqçisi Xose Luis Mendilibarla yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə Əndəlüs təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Sevilya" La Liqada 8 oyundan sonra 8 xalla 14-cü pillədə qərarlaşıb.
Mendilibar ötən mövsüm komanda ilə Avropa Liqasının qalibi olmuşdu.