“Sevilya” da karantinə alındı
- 15 Mar 2020 15:30
- 710
İspaniyanın “Sevilya” klubu karantin elan edib.
Rekord.az xəbər verir ki, La Liqa təmsilçisi ölkə ərazisində koronavirusun sürətlə yayılması ilə əlaqədar bütün komanda üzvlərinin karantinə alınmasına qərar verib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Karantinin müddəti martın 23-nə qədər müəyyənləşdirilib.
Qeyd edək ki, İspaniyada daha öncə “Malaqa”, “Valyadolid”, “Mursiya”, “Alkante”, “Zamora”, “Kuenka” və “Lokra” klubları da karantin elan etmişdi.