Niderlandlı müdafiəçi Kərim Rekik “Əl-Cəzirə”yə transfer olunub.

Rekord.az xəbər verir ki, İspaniyanın “Sevilya” klubunun mərkəz müdafiəçisinin Birləşmiş Ərəb Əmirlikləri klubu ilə müqaviləsinin müddəti açıqlanmayıb.

28 yaşlı futbolçu yeni klubunda 4 nömrəli formanı geyinəcək. BƏƏ klubu bu transferə görə La Liqa təmsilçisinə 2 milyon avro ödəyib.

Rekik 2020-ci ildən formasını geyindiyi “Sevilya”da 70 oyuna çıxıb, 1 qol və 3 assistlə yadda qalıb.

Niderland yığmasında 4 oyun keçirmiş müdafiəçi “Mançester Siti”, “Portsmut”, “Bləkbörn”, PSV, “Olimpik” (Marsel), “Herta” kimi klublarda da forma geyinib.