“Sevilya” məvacibləri 70 faiz azaltdı
- 08 Apr 2020 16:42
- 712
İspaniyanın “Sevilya” klubu futbolçularının məvacibini azaldıb.
Rekord.az xəbər verir ki, La Liqa klubu, koronavirus pandemiyasının iqtisadi təsirini azaltmaq üçün bu addımı atıb. Bu barədə klubun rəsmi saytı açıqlama yayıb.
Klub, futbolçuların və məşqçi heyətinin məvacibini 70 faiz azaltdığını bildirib. Qərarın klubun idarəçilərinə də aid edildiyi açıqlanıb. Bundan başqa, “Sevilya” 254 işçinin bir hissəsini tətilə göndərib, digər hissəsinin isə iş saatını azaldıb.