Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Qarabağ”la qarşılaşacaq “Sevilya”nın bu oyun üçün iştirak ərizəsi müəyyənləşib.

Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Xulen Lopeteqi bu matç üçün 18 futbolçu sifaiş edib:

1. Tomaş Vatslik, 3. Serxi Qomes, 5. Lukas Okampos, 7. Roni Lopeş, 9. Munas Dabbur, 11. Munir Əl Həddadi, 12. Jül Kunde, 13. Yasin Bunu, 14. Çiçarito, 15. Alexandro Poso, 17. Nemanya Qudel, 18. Serxio Eskudero, 21. Oliver Torres, 22. Franko Vaskes, 26.Mena, 30. Brayan Xill, 34. Felipe Çakarteqi.

Nolito, Luk de Yonq, Ever Baneqa, Serxio Reqilon, Xesus Navas, Jordan kimi aparıcı futbolçular bu matçın heyətinə daxil edilməyib.

“Sevilya” – “Qarabağ” oyunu bu gün, saat 00:00-da start götürəcək.