![photo](https://www.rekord.az/storage/uploads/4/ramos-19.jpg)
"Sevilya" Ramos xəbərini inkar elədi
- 04 İyl 2023 17:45
- 300
"Sevilya" Serxio Ramosun bu kluba keçəcəyi ilə bağlı məlumatları təkzib edib.
Rekord.az xəbər verir ki, klubun vitse-prezidenti Nido Karrasko bununla bağlı açıqlama verib.
O, bildirib ki, Ramos özü "Sevilya"da oynamaq istəsə də, onları klub olaraq planlarında bu futbolçu yer almayıb: "Ramosun "Sevilya"ya dönüşü nəzərdə tutulmayıb. Onun agenti ilə yaxşı münasibətlərimiz var. Amma aramızda heç bir danışıq aparılmır. Ramos "Sevilya" akademiyasında yetişmiş böyük futbolçulardan biridir. Lakin bugünkü gün üçün planlarımızda yoxdur".