"Sevilya" rusiyalı futbolçu ilə maraqlanır
- 27 Noy 2019 22:00
- 868
Rusiya millisi və Moskva ÇSKA-sının hücumçusu Fyodor Çalovun müştəriləri durmadan artır.
Rekord.az xəbər verir ki, 21 yaşlı futbolçu ilə indi də "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Sevilya" maraqlanır.
"Estadio Deportivo"nun iddiasına görə, klubun idman direktoru Ramon Monçi gənc forvardın çıxışını diqqətdə saxlayır. La Liqa təmsilçisinin hücum xəttini gücləndirmək üçün heyətinə qatmaq istədiyi futbolçularından birinin məhz Çalov olduğu bildirilir.
"Sevilya" ilə yanaşı, "Çelsi" və "Kristal Pelas"ın da rusiyalı oyunçunun xidmətində maraqlı olduğu deyilir.
Çalov bu mövsüm Rusiya Premyer Liqasında keçirdiyi 17 oyunda 5 qol vurub və 3 məhsuldar ötürmə edib.