Sevilyada "dron" üçün təhlükəsizlik tədbiri: ispan polisi silahlandı
- 28 Noy 2019 23:33
- 902
Bu gün keçiriləcək "Sevilya" - "Qarabağ" matçında təmsilçimiz dəstəksiz qalmayacaq.
Rekord.az xəbər verir ki komandamızı 50 nəfərlik azarkeş qrupu dəstəkləyəcək.
Bu arada oyuna təhlükəsizlik tədbirləri də ən yüksək səviyyədə təmin olunub. Xüsusilə də Lüksemburqdakı dron qalmaqalından sonra İspaniya polisi hər xırda detala ciddi fikir verir. Saytımızın Sevilyaya ezam olunmuş əməkaşının məlumatına görə arenadakı polislərin bəzilərinə hətta dron əlehinə xüsusi snayper tipli silahlar verilib. Bu silahlar dronun müdaxiləsi zamanı istifadə üçündür. Dronların stadiondan uzaqlaşdırılması, yerə salınması və başqa bu kimi məqsədlər üçün bu avadanlıqdan istifadə olunacaq.