İspaniyanın “Sevilya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, La Liqa təmsilçisi İngiltərənin “Vulverhempton” klubunun hücumçusu Rafa Miri transfer edib.

Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. 24 yaşlı ispan futbolçu ilə 6 illik müqavilə imzalanıb. O, yeni komandasında 12 nömrəli formanı geyinəcək.

İspaniya mətbuatının yazdığına görə, “Sevilya” bu transferə görə “Vulverhempton”a 16 milyon avro ödəyəcək.

Mir “Vulverhempton”a 2018-ci ildə İspaniyanın “Valensiya” klubundan transfer olunmuşdu.