“Sevilya”dan Çin klubuna - RƏSMİ
- 20 Fev 2020 19:20
- 891
“Sevilya”nın futbolçusu Daniel Karrisu karyerasını Çində davam etdirəcək.
Rekord.az xəbər verir ki, 31 yaşlı müdafiəçi “Uhan Zall” klubuna keçib.
Bu barədə “Sevilya”nın rəsmi saytı məlumat yayıb. Karrisu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Karrisunun koronovirusun üzə çıxdığı və ən çox yayıldığı Uhan şəhərinin təmsilçisinə transferi birmənalı qarşılanmayıb.
Karrisu 2014-cü ilin yayından “Sevilya”da çıxış edirdi.