“Sevilya” müdafiəçisi Xose Anxel Karmonanı “Xetafe”yə icarəyə verib.

Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı ispaniyalı futbolçu ilə icarə müqaviləsi 2023/24 mövsümünün sonuna kimi nəzərdə tutulub.

Karmona ötən mövsüm icarə əsasında “Elçe”də çıxış edib. O, ümumilikdə 24 oyuna çıxıb, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.