“Sevilya”nın futbolçusu klubdan ayrıldı
- 19 İyl 2024 19:40
- 171
İspaniyanın "Sevilya" klubunun futbolçusu Tomas Delaney komandadan ayrılıb.
Rekord.az andalusiyalıların mətbuat xidmətinə istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilə müddəti yenilənməyib.
Delaney 2021-ci ildən "Sevilya"nın uğurları üçün çalışıb. O, bu müddət ərzində "Hoffenhaym" (Almaniya) və "Anderlext" (Belçika) klublarında icarə əsasında çıxış edib.