İspaniyanın "Sevilya" klubunun futbolçusu Lukas Okampos Meksika çempionatında çıxış edəcək.

Rekord.az xəbər verir ki, 30 yaşlı vinqer adıçəkilən ölkənin "Monterrey" komandasına transfer olunub.

30 yaşlı argentinalı oyunçu 2027-ci ilə qədər bu klubun şərəfini qoruyacaq.

2019-cu ildən "Sevilya"da çıxış edən Okampos iki dəfə Avropa Liqasının qalibi olub.