“Sevilya”nın futbolçusu: “Qarabağ”la matçı səbirsizliklə gözləyirəm”
- 27 Noy 2019 19:30
- 781
İspaniyanın “Sevilya” klubunun futbolçusu Alexandro Pozo Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, 20 yaşlı hücumameyilli yarımmüdafiəçi bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Sabahkı matçı səbirsizliklə gözləyirəm. 3 xal qazanmaq lazımdı. Baş məşqçi mənim yanımda olduğunu söyləmək üçün otağına aparır. Bu, mənim xəyallarımın komandasıdı. Bununla fəxr edirəm. Meydanda olduğum müddətdən həzz alacağam. Bu, mənim üçün daha çox meydanda özümüzü göstərə biləcəyimiz bir matçdı. Sabah xalqımızın önündə oynamaq istəyirəm. Özümü çox yaxşı hiss edirəm".
Gənc oyunçu komandanın kapitanı Xesus Navas barədə də danışıb. Pozo Navasın onun kumiri olduğunu sözlərinə əlavə edib: "Onunla bir komandada olmaq möhtəşəmdi. Mənə öyrətdikləri şeyləri göstərməyə çalışacağam. Ümid edirəm ki, uzun illər onun yanında olacağam. Ən uyğun olan start heyətlə meydana çıxmağa çalışacağıq".
Noyabrın 28-də "Xuan Sançes Pisxuan" stadionunda keçiriləcək "Sevilya" - "Qarabağ" matçına saat 24:00-da start veriləcək.