“Sevilya”nın futbolçusunda koronavirus aşkarlandı
- 29 İyl 2020 21:00
- 496
İspaniyanın “Sevilya” klubunun bir futbolçusunda koronavirus aşkarlanıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Adı açıqlanmayan oyunçunun özünü normal hiss etdiyi və ev şəraitində karantinə alındığı diqqətə çatdırılıb.
Komandanın məşqlərinə müvəqqəti fasilə verilib, klubun bazası təkrar dezinfeksiya olunub. Futbolçulardan, klubun digər üzvlərindən təkrar test götürülüb və nəticələr mənfi çıxıb. Növbəti testin də nəticəsi mənfi çıxsa, futbolçuların məşqləri bərpa etməsinə icazə veriləcək.
Qeyd edək ki, “Sevilya” Avropa Liqasının 1/8 finalına vəsiqə qazanıb. Bu komandanı avqustun 6-da “Roma” ilə qarşılaşma gözləyir.