“Səviyyəmizdən aşağı çıxış etdik” – Renduliç
- 15 Sen 2024 23:11
- 111
“Sabah” bu gün Azərbaycan Premyer Liqasının 6-cı turunda “Turan Tovuz”la qarşılaşıb.
Rekord.az xəbər verir ki, 2:2 hesablı heçə-heçə ilə bitən matçdan sonra Masazır təmsilçisinin baş məşqçisi Krunoslav Renduliçin mətbuat konfransı keçirilib. Xorvatiyalı çalışdırıcı bəzi stiuasiyalarda yaxşı çıxış etmədiklərini bildirib:
“İlk öncə onu qeyd etmək istəyirəm ki, “Turan Tovuz” həqiqətən yaxşı komandadır. Ancaq biz bu gün səviyyəmizdən aşağı çıxış etdik. Azarkeşlər maraqlı oyuna şahidlik etdilər. Bu gün bolqollu matç oldu. Oyundan əvvəl 3 xal qazanmaq istəyirdik, amma sonradan 1 xala da məmnunuq.
Oyunçularıma daha çox topa sahib olmağı tapşırmışdım. Bəzi situasiyalarda yaxşı çıxış etmədik. Biz təkcə müdafiəçini günahladıra bilmərik, ikinci qola qədər ardıcıl beş səhvə yol verdik”.