Şeydayev darmadağına üzüldü
- 17 Dek 2023 20:41
- 323
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” Tailand çempionatında növbəti oyununa çıxıb.
Rekord.az xəbər verir ki, sözügedən komanda 14-cü tur çərçivəsində səfərdə “Port MTI” ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:4. Şeydayev bu matça start heyətdə başlayıb və 52-ci dəqiqədə əvəzlənib.
“Buriram Yunayted” hazırda 21 xalla 4-cü pillədə qərarlaşıb.