Şeydayev debüt matçını Arda Turanın komandasına qarşı keçirəcək
- 18 Yan 2024 15:30
- 206
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Türkiyənin “Kocaelispor” klubunun heyətində debüt oyununu Arda Turanın baş məşqçisi olduğu “Eyüpspor”a qarşı keçirəcək.
Rekord.az xəbər verir ki, bunu TFF 1-ci Liqa təmsilçisinin baş məşqçisi Ərtuğrul Sağlam yerli mətbuata açıqlamasında deyib.
Mütəxəssis bildirib ki, 28 yaşlı futbolçu komandaya hazır vəziyyətdə qoşulub:
“Şeydayevin gəlişi ilə heyətdəki çatışmazlıqlarımız böyük ölçüdə aradan qaldırılıb. Həm o, həm də digər transferlərimiz oynamağa hazırdırlar”.
Ramil Şeydayev ötən gün “Kocaelispor”la 1,5 illik müqavilə imzalayıb. Kocaeli komandası 1-ci Liqanın 19-cu turu çərçivəsində yanvarın 20-də “Eyüpspor”u qəbul edəcək. Hazırda “Eyüpspor” 45 xalla turnir cədvəlinə başçılıq edir. Üçüncü sıradakı “Kocaelispor”un hesabında isə 33 xal var.