"Sabah"ın futbolçuları Ramil Şeydayev və Yevgeni Koçuk arasında PES2020 üzrə yoldaşlıq oyunu keçiriləcək.

Rekord.az xəbər verir ki, bununla bağlı AFFA-nın rəsmi Feysbuk səhifəsi məlumat yayıb. Aprelin 19-da olacaq qarşılaşmanın saat 21:00-da başlayacağı bildirilib.

R.Şeydayev Azərbaycan millisi, Y.Koçuk isə Moldova seçməsi ilə öz oynayacaq.