Millimizin və "Sabah"ın hücumçusu Ramil Şeydayev xeyirxah əməli ilə yadda qalıb.

Rekord.az xəbər verir ki, o, yenidən Region Liqasında çıxış edəcək "Kürdəmir" və həmin turnirdə mübarizə aparacaq digər bir komanda üçün buts toplayıb.

Həmin butsları bunları almaqda çətinlik çəkən Kürdəmir futbolçularına paylayacaq. Şeydayev Rusiyada doğulsa da, əslən Kürdəmirdəndir.