Şeydayev oynadı, komandası növbəti qələbəsini qazandı
- 27 Avq 2023 11:20
- 300
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” Tailand çempionatında 3-cü turun oyununa çıxıb.
Rekord.az xəbər verir ki, sğzügedən komanda səfərdə “Sukhotai” ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.
Start heyətdə meydana daxil olan Şeydayev sonadək oynayıb.
“Buriram Yunayted” hazırda 7 xalla 2-ci pillədə qərarlaşıb.