Şeydayev qol vurdu, komandası qalib gəldi
- 20 Avq 2023 19:00
- 485
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” bu gün Tailand çempionatında 2-ci turun oyununa çıxıb.
Rekord.az xəbər verir ki, komanda doğma meydanda “Lampun Uorrior"la qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.
Start heyətdə meydana daxil olan Şeydayev 6-cı dəqiqədə hesabı açıb. Bu, onun Tailand çempionatında, ümumiyyətlə, yeni klubunda ilk rəsmi qolu olub. Şeydayev 79-cu dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Buriram Yunayted" 4 xalla 3-cü pillədə qərarlaşıb.