Şeydayev Sadıqovu millinin baş məşqçisi postuna əsas namizəd kimi görür: "Rəşad, artıq vaxtdı, karyeranı bitir, bu işə başla"
- 18 Fev 2020 11:42
- 964
"Sabah"a yenicə transfer olunmuş Ramil Şeydayev İctimai Televiziyada yayımlanan "Bol idman" verilişinin qonağı olub. "Rekord.az" xəbər verir ki, o, maraqlı bir açıqlaması ilə yadda qalıb.
Kənan Hakimovun aparıcısı olduğu verilişdə Şeydayevə "millinin baş məşqçisinin yerli, yaxud əcnəbi olmasını istəyirsən" sualı verilib və futbolçu "Qarabağ"ın kapitanı Rəşad Sadıqovun adını çəkib: "Təbii ki, qərarı mən yox, federasiya rəhbərliyi verir. Ancaq məndən olsa, Rəşad Sadıqovun olmasını istəyərəm".
Bu sözlərdən sonra Ramil ekrana vasitəsilə Sadıqova açıq mesaj da göndərib: "Rəşad, artıq vaxtdır, karyeranı bitir və gəl millinin məşqçisi ol".