Məlum olduğu kimi, Ramil Şeydayevin Rusiyada işləri yenə qaydasında getmir. Belə ki, hazırda üzvü olduğu Moskva "Dinamo"unda oynamaq şansı qazanmır.

 

Rekord.az-a daxil olan məlumata görə,  daima futbolçuya dəstək olan AFFA ona ən pis halda Azərbaycana dönməyi təklif edib.

 

Federasiya hücumçunun nəzarətində olan klubların birində oynamasına kömək edəcəyini bildirib. Lakin Ramil bu təklifi qəbul etməyib. O ümumiyyətlə yenidən Azərbaycana qayıtmaq istəmədiyini bildirib.