![photo](https://rekord.az/uploads/5/ramil-seydayev-1-750x470-600x300.jpg)
Şeydayevdən məhsuldar ötürmə, komandasından darmadağın
- 2023-12-10 12:20
- 159
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” Tailand çempionatında növbəti oyununa çıxıb.
Rekord.az xəbər verir ki, sözügedən komanda 13-cü tur çərçivəsində evdə “Naqom Patom”la qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 4:1. Şeydayev bu matça start heyətdə başlayıb və 90+2-ci dəqiqədə əvəzlənib. O, darmadağına bir məhsuldar ötürmə ilə töhfə verib.
“Buriram Yunayted” hazırda 21 xalla 3-cü pillədə qərarlaşıb.