![photo](https://www.rekord.az/storage/uploads/5/s-266.jpg)
Şeydayevdən məhsuldar ötürmə - VİDEO
- 26 İyl 2023 18:00
- 398
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Tailandın "Buriram Yunayted" klubu növbəti yoxlama oyununu keçirib.
Rekord.az xəbər verir ki, komanda Honkonqun "Kitçi" kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşma "Buriram Yunayted"in 3:2 hesablı qələbəsi ilə bitib.
Matça start heyətdə başlayan Şeydayev 29-cu dəqiqədə vurulan ilk qolda məhsuldar ötürmə ilə yadda qalıb.
"Buriram Yunayted" daha əvvəl yerli "Utay Tani" komandasını də 2:1 hesabıyla məğlub etmişdi.