Azərbaycan millisinin və “Sabah"ın hücumçusu Ramil Şeydayev Dağlıq Qarabağda davam edən silahlı toqquşmalarla əlaqədar dünya ictimayətinə müraciət ünvanlayan Ermənistan millisinin futbolçusu Henrik Mxitaryana cavab verib.

“Roma”da çıxış edən H. Mxitaryan dünya ictimaiyyətinə müraciət edərək qan tökülməsini dayandırmağa çağırıb və bölgə sakinlərinin təhlükəsiz yaşamaq hüquqlarının olduğunu bildirib.

Rekord.az xəbər verir ki, Şeydayev öz növbəsində erməni futbolçunun açıqlamasına münasibət bildirib. “H. Mxitaryan İtaliya klubunun futbolçusu olmaqdan əvvəl ermənidir.

Mümkündür ki, sabah oynadığı klubun formasını dəyişib “Yuventus”da, yaxud “Barselona”da oynasın. Amma o, həmişəlik erməni olaraq qalacaq. Şikayət etmək onların adət etdikləri fənddir.

Onların nalələrini və şikayətlərini istənilən sahədə görürük: diplomatiyada, futbolda, döyüş meydanında və s.”.

R.Şeydayev fikrinin davamında dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin öz zamanında ermənilər barədə yazdığına da işarə edib:

"Mxitaryanın futbol oynamağı məndən bir qədər yaxşı alınsa da, ermənilərin ara qarışıdırmaq və yalan danışmaqlarını Aleksandr Serqeyeviç Puşkindən daha yaxşı təsvir edə bilməyəcəm”.