Şeydayevin komandası ÇL-də yenə məğlub oldu
- 25 Okt 2023 19:47
- 363
Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” klubu Asiya Çempionlar Liqasının şərq zonasının qrup mərhələsinin üçüncü turunda məğlub olub.
Rekord.az xəbər verir ki, Tailand təmsilçisi doğma meydanda yer aldığı H qrupunun lideri “Melburn Siti”yə uduzub.
Avstraliya təmsilçisi bu oyundan 2:0 hesablı qələbə ilə ayrılıb. Start heyətində meydana çıxan Şeydayev 73-cü dəqiqədə əvəzlənib.
Hesabında 3 xal olan “Buriram Yunayted” qrupda üçüncü pillədə qərarlaşıb.