Şeydayevin komandası evdə xal itirdi
- 25 Noy 2023 10:00
- 229
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” Tailand çempionatında növbəti oyununa çıxıb.
Rekord.az xəbər verir ki, sözügedən komanda 11-ci tur çərçivəsində evdə “Ratburi” ilə qarşılaşıb.
Oyun heç-heçə başa çatıb – 0:0. Şeydayev bu matçın iştirakçısı olmayıb.
“Buriram Yunayted” hazırda 17 xalla 4-cü pillədə qərarlaşıb.