Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” Tailand çempionatında növbəti oyununa çıxıb.

Rekord.az xəbər verir ki, sözügedən komanda 12-ci tur çərçivəsində səfərdə “Muanq Tanq Yunayted”lə qarşılaşıb.

Oyun heç-heçə başa çatıb – 2:2. Şeydayev bu matça start heyətdə başlayıb və fasilədə əvəzlənib.

“Buriram Yunayted” hazırda 18 xalla 4-cü pillədə qərarlaşıb.