Şeydayevin komandasından darmadağın
- 23 Dek 2023 23:25
- 254
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” Tailand çempionatında növbəti oyununa çıxıb.
Rekord.az xəbər verir ki, sözügedən komanda 15-ci tur çərçivəsində evdə “Utai Tani” ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 4:0.
Şeydayev bu matçın iştirakçısı olmayıb. Onun adı iştirak ərizəsinə də daxil edilməyib.
“Buriram Yunayted” hazırda 24 xalla 4-cü pillədə qərarlaşıb.