Türkiyə 1-ci Liqasında 29-cu turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki,  Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" səfərdə "Çorum"la qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1. Şeydayev start heyətdə meydana çıxıb və 85-ci dəqiqədə əvəzlənib.

"Kocaelispor" 49 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.