Türkiyə 1-ci Liqasında 24-cü turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki,  Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" səfərdə "Keçiörengücü" ilə qarşılaşıb.

Matç məhsuldar heç-heçə ilə başa çatıb – 2:2.

Şeydayev də bu görüşdə iştirak edib. O, 63-cü dəqiqədə meydana buraxılıb.

"Kocaelispor" 44 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.