Sinqapurda FIFA tərəfindən 211 federasiyanın iştirakı ilə keçirilən "Integrity Summit”i keçirilir.

Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, aprelin 5-də başa çatacaq toplantıda UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli iştirak edir.

Sammitin məqsədi oyunların toxunulmazlığı üzrə məsul şəxslərə qlobal toxunulmazlıq tendensiyaları haqqında yeni məlumatlar vermək, ən yaxşı təcrübələri bölüşməkdir.

Bundan əlavə, tədbirdə FIFA-nın yeni toxunulmazlıq təlimatı və təlim xəritəsi təqdim olunacaq, həmçinin FIFA İntizam Məcəlləsinə edilmiş düzəlişlər müzakirə ediləcək, danışılmış oyunlarla əlaqəli FIFA və İdman Arbitraj Məhkəməsinin müvafiq qərarları tədqiq olunacaq.

Danışılmış oyunlarla mübarizəyə cəlb olunan FIFA, CAS və digər peşəkarların əsas məruzəçiləri məlumat mübadiləsinin möhkəmləndirilməsinə töhfə verəcəklər.