Rumıniyanın “Universitatya” (Krayova) klubu 2019/20 mövsümündə icarə əsasında “Keşlə”də çıxış etmiş Sezar Meza Kolli ilə yollarını ayırıb. 

Rekord.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib. 

Qeyd edək ki, Sezar Meza Kollinin klubla müqaviləsi 2021-ci ilin yayında başa çatmalı idi. Onun yenidən Azərbaycan çempionatında oynaması gözlənilir.

Onu da xatırladaq ki, AFFA Sezarı milliləşdirmək istəyir. Meza Kolli "Keşlə"də 2013-2016 və 2018-ci ildə də çıxış edib. O, eyni zamanda 2016/17 mövsümündə "Zirə"nin formasını geyinib.