Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə baş tutacaq “Shusha Chess 2022” beynəlxalq şahmat turnirinə həsr olunan tanıtım videosu hazırlanıb.

Rekord.az xəbər verir ki, tanıtım video çarxında Şuşanın tarixi yerləri və Qarabağ xanlığının sonuncu varisi, görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın obrazı canlandırılıb.

“Shusha Chess 2022” beynəlxalq şahmat turnirinin tanıtım videosu yarışın açılış mərasimində nümayiş etdiriləcək.
“Shusha Chess 2022” beynəlxalq turnirinin baş sponsoru Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR, sponsoru Cənubi Qafqaz regionunun ən aparıcı banklarından biri Azərbaycan Beynəlxalq Bankı, tərəfdaşlarından biri isə “Azərxalça” ASC-dir. 
 “Shusha Chess 2022” turnirinin Təşkilat Komitəsi göstərilən dəstəyə görə təşəkkür edir.