“Şimal”ın UEFA Regionlar Kubokundakı rəqibləri müəyyənləşdi
- 31 May 2024 19:15
- 177
2024/2025 mövsümündə Azərbaycanı UEFA Regionlar Kubokunda təmsil edəcək “Şimal” komandasının rəqibləri bəlli olub.
Rekord.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, mübarizəyə ilkin mərhələdən başlayacaq komanda B qrupunda İsveçin “Qothenburq” və Gürcüstanın “Football School Bridge” kollektivləri ilə qarşılaşacaq.
Oyunlar 28 iyun - 4 iyul tarixləri aralığında Gürcüstanda təşkil olunacaq.
Qrupun qalibi birinci mərhələnin 4-cü qrupunda İrlandiya, İsveçrə və Şimali İrlandiya komandalarına rəqib olacaq. Bu mərhələnin görüşləri 21-27 oktyabr tarixlərində İsveçrədə keçiriləcək.
Qeyd edək ki, “Şimal” komandası 2023/2024 mövsümündə AFFA Region Liqasının qalibi olub.