Simeone "Atletiko"da qalır
- 22 May 2021 15:14
- 742
"Atletiko"nun baş məşqçisi Dieqo Simeone klubla müqaviləsini yeniləyə bilər.
Rekord.az ESPN-ə istinadən xəbər verir ki, Madrid klubu argentinalı mütəxəssislə yeni müqaviləni müzakirə edir.
Bildirilib ki, bu, "Atletiko"nun La Liqanı qazanıb- qazanmamasından asılı deyil.
"Atletiko" baş məşqçisi ilə müqaviləni 2024-cü ilun yayına qədər uzatmaq istəyir. Klub Simeonenin işindən məmnundur.
Qeyd edək ki, Simeone 2011-ci ilin dekabrından "Atletiko"nu çalışdırır. İspaniya çempionatının bitməsinə bir tur qalmış onun komandası 2-ci pillədəki "Real"ı 2 xal qabaqlayır.