![photo](https://www.rekord.az/storage/uploads/5/dieqo-simeone-1.jpg)
Simeone “Atletiko”da rekorda imza atdı
- 11 Mar 2021 19:21
- 726
Futbol üzrə İspaniya La Liqasının 18-ci turundan təxirə salınmış “Atletik”lə oyun (2:1) “Atletiko”nun baş məşqçisi Dieqo Simeone üçün əlamətdar olub.
Rekord.az xəbər verir ki, argentinalı mütəxəssis Madrid təmsilçisinin sükanı arxasında 309-cu qələbəsini qazanıb.
O, bu göstərici ilə klub tarixində yeni rekord müəyyənləşdirib. Simeone 309 qələbəni 514 oyunda əldə edib. Qalan oyunların 121-i heç-heçə bitibsə, 84-ü məğlubiyyətlə başa çatıb.
“Atletiko”nun əvvəlki rekordçusu Luis Araqones idi. O, bu komandanı çalışdırdığı dönəmdə 612 matçda 308 qələbə sevinci yaşamışdı.
Simeone 2011-ci ilin dekabrından “Atletiko”ya rəhbərlik edir. Onun rəhbərlik etdiyi kollektiv bu mövsüm La Liqada topladığı 62 xalla turnir cədvəlinin vahid lideridir.