“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Bavariya”ya (Almaniya) qarşı keçirdikləri oyunu şərh edib.

Rekord.az xəbər verir ki, argentinalı mütəxəssis, 0:4 hesabıyla məğlub olduqları görüşlə bağlı bunları deyib:

“Bavariya” öz imkanlarından yaxşı istifadə edən güclü komandadır. Bu da futbolda öz bəhrəsini verir. Bu oyunda öyrənəcəyimiz çox şey oldu. Təhlükəli epizodlarımız olsa da, sonlandıra bilmədik.

Bəli, indi bütün komandaların üzərində böyük yük var. Uzun illər Çempionlar Liqasında mübarizə aparan komandalar buna öyrəşib. Bu, nə yaxşıdır, nə də pis. Bunu qəbul edib, öhdəsindən gəlməlisən”.