İspaniyanın “Atletiko” klubunun baş məşqçisi Dieqo Simeone UEFA Çempionlar Liqasında 100-cü oyununu keçirib.

Rekord.az xəbər verir ki, yubiley matçı 1/8 final mərhələsində İtaliya “İnter”i ilə ilk görüşə təsadüf edib.

Argentinalının çalışdırdığı komanda Milanda rəqibinə 0:1 hesabı ilə məğlub olub.

Simeone bu göstəriciyə çatan 9-cu məşqçidir. 

Simeone 2011-ci ildən “Atletiko”nu çalışdırır.