"Atletiko"nun baş məşqçisi Dieqo Simeone İngiltərə Premyer Liqasını Avropanın ən güclü çempionatı hesab edir.

Rekord.az xəbər verir ki, bu barədə o, ESPN-ə açıqlamasında deyib:

“Premyer Liqa klublarının Avropanın ən yaxşıları olduğunu düşünürəm. İngiltərə çempionatı  güclüdür. Hər şeydən əvvəl  maliyyə investisiyaları ilə ayrılır, buna görə klublar güclüdür. Digər çempionatlarda aparıcı klublar o qədər çox deyil: PSJ, "Bavariya", "Barselona", ​​"Real". İngiltərədə "Liverpul", "Mançester Yunayted", "Mançester Siti", "Çelsi" qazana bilər. Orada bərabərsəviyyəli komandalar var.

Yarımfinal və Çempionlar Liqası finalının heyətini gördükdə bunun İngilis futbolu üçün əla bir an olduğunu anladıq".