Siqaret üstündə millidən qovulan digər futbolçunun taleyi necə olacaq?
- 27 Yan 2020 18:00
- 1045
Bildiyiniz kimi, bu yaxınlarda U-19 millisinin iki üzvü Antalya toplanışı zamanı oteldə siqaret çəkdikləri üçün millidən qovulmuşdu. Həmin futbolçulardan “Neftçi”nin üzvü olan Elnur Hüseynov Bakıya gələn kimi klubdan da qovulmuşdu.
Rekord.az xəbər verir ki, Elnurdan fərqli olaraq, digər siqaret çəkən Vüsal Şabanov təmsil etdiyi “Zaqatala”kı çıxışlarını davam etdirəcək.
Belə ki, bölgə təmsilçisi qapıçısını xəbərdarlıq etməklə kifayətlənib.
Onu da qeyd edək ki, Vüsal müqavilə ilə “Qəbələ”yə məxsusdur və “Zaqatala”da icarə əsasında çıxış edir.