Şirvan rayonunda Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi Vaqif Gözəlovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında boks üzrə xatirə turniri keçiriləcək. 

Rekord.az xəbər verir ki, turnir 13 aprel, saat 15:00 tarixində baş tutacaq.

Yarışların keçiriləcəyi ünvan isə Şirvan Olimpiya İdman Kompleksidir.