
Şirvanda futbol tədbiri
- 28 Mar 2025 11:22
- 84
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev adına parkda yerləşən minifutbol meydançasında məşqçi-müəllim Tərlan Vahidovun rəhbərliyi ilə "İdman hamı üçün" layihəsi çərçivəsindən minifutbol idman növü üzrə kütləvi idman tədbiri keçirilib.
Rekord.az xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclər arasında bu idman növünə olan marağın yüksəldilməsi, rayon ərazisində futbol idman növünə kütləviliyin artırılması və istedadlı futbolçuların üzə çıxarılmasıdır.