Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 20 iyun 2024-cü il tarixdə “İdman hamı üçün” layihəsi çərçivəsində İsmayıllı şəhər Heydər Əliyev adına parkda yerləşən mini futbol meydançasında məşqçi-müəllim Tərlan Vahidovun rəhbərliyi ilə mini futbol idman növü üzrə məşğələ keçirilib.

Rekord.az xəbər verir ki, nümunəvi idman tədbirinin keçirilməsində əsas məqsəd uşaq, yeniyetmə və gənclər arasında idmana maraq oyatmaq, onların fiziki aktivliyini artırmaq, sağlam həyat təzinə çağırış, asudə vaxtın səmərəliliyi, futbol idman növünə kütləviliyin artırılması və istedadlı futbolçuların üzə çıxarılmasından ibarət olmuşdur.