Şirvan Şəhər Gənclər və İdman İdarəsi tərəfindən Şirvan Olimpiya İdman Kompleksində 2023-cü ilin "Heydər Əliyev İli" elan olunması ilə əlaqədar yeniyetmələr arasında voleybol üzrə şəhər birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, yarışdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yarışı giriş sözü ilə açan Şirvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Samit Həsənov yarış iştirakçılarına uğurlar arzulayaraq qeyd edib ki, Ümummilli Liderimiz Heydər Əliyevin idman sahəsində apardığı islahatlar gələcək nəsillərin sağlam həyat tərzinin formalaşmasında ölkəmizin inkişafında və ən başlıca Respublikamızın dünyada daha geniş tanınmasında daim təməl rolunu oynayacaqdır. Keçirilən yarışın məqsədi də gənclər arasında sağlam həyat tərzinin təbliği, voleybol idman növünün kütləviliyinin inkişaf etdirilməsidir. Daha sonra yarışa start verildi. Sonda qalib komandalar Şirvan Şəhər Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılıb.