Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar olaraq “GİN 30” devizi altında “İdman və ekologiya” təmizlik aksiyası keçirilib.

Rekord.az xəbər verir ki, idmançılardan ibarət olan iştiakçılar təmizlik aksiyasını bitirdikdən sonra iki komandaya bölünərək öz aralarında minifutbol yarışı keçiriblər

Aksiyanın keçirilməsində məqsəd yetişməkdə olan gənc nəsildə sağlam həyat tərzinə və idmana marağın artırlması, tarixi günlərin qeyd olunması, təbiətimizi daim qorumağı və ona qayğı göstərməyi onlar tərəfindən dərindən mənimsənilməsi olub.