“Sivasspor” braziliyalı futbolçusu ilə vidalaşdı
- 11 Fev 2021 19:00
- 624
Türkiyənin “Sivasspor” klubu müdafiəçisi Marselo Qoyano ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
33 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Braziliyalı müdafiəçiyə xidmətlərinə görə təşəkkürünü bildirən Sivas klubu, ona uğurlar arzulayıb.
Qeyd edək ki, Qoyano 2019-cu ildən “Sivasspor”un uğurları üçün çalışırdı. O, ötən ayın sonlarında ağır zədə almışdı. Super Liqa klubu onun əməliyyat olunacağını və azı 6 ay yaşıl meydanlardan kənarda qalacağını açıqlamışdı.